Ukrayna və Polşanın birgə təşkilatçılığı ilə keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
Korner.az-ın məlumatına görə, turnirin on birinci günündə daha iki qarşılaşma baş tutub.
Xorvatiya son Avropa və dünya çempionu İspaniya ilə üz-üzə gəlib. İlk hissəsi qolsuz başa çata matçın ikinci yarısında İspaniya Xesus Navasla lazım olan qolu vuraraq adını növbəti mərhələyə yazıdırb.
İtaliya millisi isə İrlandiyanı sınağa çəkib. İddiası qalmayan irlandlar qələbəyə hava-su qədər ehtiyacı olan İtaliya ilə bacarmayıb. Türkiyəli hakim Cüneyt Çakırın idarə etdiyi matçdan İtaliya millisi qalib ayrılıb – 2:0.
18 iyun
Avro-2012-nin qrup oyunları
23:45. Xorvatiya – İspaniya 0:1
Qol: Xesus Navas 88
23:45. İtaliya – İrlandiya 2:0
Qollar: Kassano 35, Balotelli 90
