“Atletiko”dan Kosta açıqlaması
15.12.2018 , 18:16

“Atletiko”nun baş məşqçisi Dieqo Simeone futbolçusu Dieqo Kostanın Madrid klubundan ayrılacağı barədə yayılan iddialara münasibət bildirib.
O, ispan hücumçunu satmağı planlaşdırmadıqlarını deyib: “Mən istəyirəm, Kosta klubda qalsın. O, “Atletiko”dan ayrılmayacaq. Buna şübhəm yoxdur”.
Qeyd edək ki, D.Kostanın Çinin “Tyanszin Syuanszyan” klubun akeçəcəyi iddia olunurdu.
