“Atletiko”da ciddi itki
04.02.2020 , 18:32

“Atletiko” klubu ciddi itki ilə üzləşib.
Korner.az xəbər verir ki, Madrid klubunun hücumçusu Alvaro Morata zədələnib.
Futbolçunun sağ ayaq əzələsində problem olduğu bildirilir.
Moratanın La Liqada “Qranada” və “Valensiya” ilə, eyni zamanda Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la oyunları buraxacağı gözlənilir.
