Dünən gecə Monakoda qitə klub turnirlərinin qalibləri – Çempionlar Liqasını qazanan “Çelsi” ilə Avropa Liqasında zəfər çalmış “Atletiko” arasındakı Superkubok matçı keçirilib. Korner.az– ın məlumatına görə, Avropanın ən güclüsü adını "Atletiko" qazanıb. Nəticə gözlənilməz alınıb. "Atletiko" "Çelsi"ni gözlənilmədən 4:1 hesabı ilə məğlub edib. Madridlilərin 3 qoluna imza atan uruqvaylı legioner Radamel Falkao, komandasına tarixində ikinci dəfə Superkuboku qazanmasına öz töhfəsini verib.
Qeyd edək ki, Madrid təmsilçisi 2010-cu ildə də Superkuboka sahib çıxmışdı.
UEFA Superkuboku
“Çelsi” (İngiltərə) – “Atletiko” (İspaniya) – 1:4
Keyhl, 74 – Falkao, 7; 19; 45; Miranda, 61
Hakim: Damir Skomina (Sloveniya)
Monako. “Stad Lui II” stadionu
