“Artıq sabahdan “Dinamo”nun futbolçusu sayılmayacağam. Yenidən “Xəzər Lənkəran”a dönüşüm üçün çox xoşbəxtəm. Çünki bu komanda mənim üçün “Dinamo”dan da yaxşıdır”.
Korner.az-ın məlumatına görə, bunu Buxarestin “Dinamo” klubu ilə Rumıniya kubokunu qazanan Manuel Skarlatake deyib.
“Rapid”lə həlledici qarşılaşmada qol vuran Manuel “Dinamo”da son oyununu keçirib. Belə ki, o, 1 illik fasilədən sonra yenidən Azərbaycanda çıxış edib, “Xəzər Lənkəran”ın şərəfini qoruyacaq. 26 yaşlı mərkəz müdafiəçisi keçidinə münasibət bildirib: “Bu çox xoşbəxt bir hadisə oldu ki, “Dinamo” ilə kubokun qalibi kimi ayrıldım. Lakin buradan ayrılmağıma heç təəssüflənmirəm. Çünki “Xəzər Lənkəran” rəhbərliyi həqiqətən də məni öz komandasında görmək istəyir. Bunun üçün klub pulundan da keçməyə hazırdır. İndi qazandığım kubok isə karyeramın ən əlamətdar hadisələrindən biridir”.
Qeyd edək ki, 2010/2011 mövsümündə “Xəzər Lənkəran”, son ildə isə “Dinamo” ilə ölkə kubokunu qazanan Skarlatake ardıcıl ikinci dəfə bu titulu qazanır.
