"Mançester Yunayted" futbolçusu Andersonu satışa çıxarıb.
Korner.az-ın məlumatına görə, "qırmızı şeytanlar"ın heyətində meydana nadir hallarda çıxan, oynadığı vaxtlarda da istəniləni verə bilməyən Andersonu Ser Aleks Ferqison komandasında görmək istəmir. Bununla da klublardan təklif gözləyən "Mançester Yunayed" futbolçunu istəyən ilk komandaya satacaq. Futbolçu bu mövsüm ümumilikdə çıxdığı 16 matçda 2 qol vurmağa müvəffəq olmuşdu.
Qeyd edək ki, portuqaliyalı futbolçunun artıq "Porto"nun maraq dairəsində olduğu bildirilir.