“Arsenal”ın qərarı
04.12.2023 , 16:42

Super Liqa nəhəngləri ilə də adı hallanan Tomas Partey üçün yeni iddia ortaya atılıb.
Korner.az xəbər verir ki, “Arsenal”zədəsi səbəbindən bu mövsüm çox oyun keçirməyən Parteyi satmaq fikrində deyil.
Bu barədə ESPN məlumat yayıb.
M“Mançester Siti”ni qabaqlayan liqada lider olan “Arsenal” bu dəfə çempionluğu əldən vermək istəmir.
Bu mənada heyətini gücləndirmək üçün qollarını çırmalayan İngiltərə komandasının dəqiq transferlər etmək üçün bəzi futbolçularla yollarını ayıracağı bildirilir.
