De Xea bu kluba keçir
04.12.2023 , 16:57

Qapıçı Nik Popun uzun müddətli zədəsindən sonra “Nyukasl Yunayted” öz gündəminə yeni adı salıb.
Korner.az xəbər verir ki, klub “Mançester Yunayted”in sabiq qapıçısı David de Xeanı heyətinə qatmağa çalışacaq.
“Nyukasl”ın qısa müddət ərzində futbolçu ilə əlaqə saxlayacağı və maaşla bağlı razılıq əldə olunarsa, imzaların atılacağı bildirilib.
