“Arsenal” klubu “Nyukasl”ın futbolçusu Matye Debüşini transfer etməkdə israrlıdı.
Korner.az-ın “Newcastle Evening Chronicle” istinadən verdiyi xəbərə görə, “topçular” sağ cinah müdafiəçisini ucuz qiymətə transfer etmək niyyətindədilər. Bunun üçün London klubu kosta-rikalı futbolçu Coel Kəmbpeli “Nyukasl” komandasına icarəyə verməlidi. Belə olacağı halda Debüşi transferi 8 milyon avroya başa gələcək.
Qeyd edək ki, Coel Kəmbpel icarə əsasında Yunanıstanın “Olimpiakos” klubunda çıxış edirdi.