London “Arsenal”ı “Roma”da top qovan Matiya Destronu transfer etmək niyyətindədi.
Korner.az-ın məlumatına görə, bu xəbəri ingilis mətbuatı yayıb. Məlumatda futbolçunun “Dumanlı Albion”a icarə əsasında gələcəyi deyilir. Klublar arasında danışıqlar gedir.
Xatırladaq ki, 23 yaşlı forvard İtaliya yığmasının heyətində 7 oyuna çıxıb və 1 dəfə fərqlənib. (The Express)