Rusiya millisinin futbolçusu Andrey Arşavin azarkeşlərdən üzr istəyib. Korner.az-ın məlumatına görə, kapitan Avro-2012-yə erkən vida etdiklərinə görə oyunçular və şəxsən öz adından üzrxahlığını çatdırıb. 31 yaşlı hücumçu “100 TV”yə müsahibəsində bunları deyib:
“Qrup mərhələsində göstərdiyimiz nəticə bizi və əlbəttə, azarkeşləri üzdü. Biz bunu anlayırıq. Mən də göstərdiyimiz oyuna görə kapitan kimi həm oyunçular, həm də şəxsən öz adımdan üzr istəyirəm. Kənarda qalmaq düzgün deyil. Ona görə də açıqlama verməyin lazım olduğu anı seçdim. Bu açıqlamanı bir dəfə verirəm və daha bu mövzuda danışmayacağam”.
Qeyd edək ki, Rusiya yığması Yunanıstana 0:1 hesabı ilə uduzaraq, Avropa çempionatının ¼ finalına vəsiqə qazana bilmədikdən sonra tənqid atəşinə tutulub.
