Madrid "Atletiko"sunun türkiyəli futbolçusu Arda Turan sabiq komanda yoldaşı Emre Aşıkın toy mərasimində iştirak edib.
Korner.az-ın məlumatına görə, sevgilisi Sinem Kobal ilə birlikdə yollandığı məclisdə "sizin toyunuz nə vaxtdır?" – sualına Arda "çox uzun çəkməz" – cavabını verib.
Sabiq "Qalatasaray"lının toy etmək üçün yaxşı məkan axtardığı, sevgilisi Sinem Kobalın isə gəlinlik donu üçün məsləhətləşdiyi bildirilir.
