“Sumqayıt” növbəti mövsümün hazırlıqlarına iyulun 4-də start verəcək.
Korner.az-ın məlumatına görə, komandanın baş məşqçisi Bernhard Raab sabah Azərbaycana qayıdır. Sumqayıtlıların yay hazırlıq dönəmində keçirəcəkləri yoxlama görüşlərinin siyahısı da məlum olub. “Sumqayıt” iyulun 5-də öz əvəzediciləri ilə, iyulun 7-də isə “Rəvan”la üz-üzə gələcək. Ayın 14-də isə komandanın AZAL-la görüşü planlaşdırılır. Daha iki yoxlama görüşü isə iyulun 20-dən sonraya planlaşdırılıb. Sumqayıtlılar həmin ərəfədə Qəbələdə təlim-məşq toplanışında olacaq Türkiyənin “Antalyaspor” və “Elazıspor” klubları ilə qarşılaşacaq.
Qeyd edək ki, Sumqayıt təmsilçisi hazırlıq üçün ölkə xaricinə üz tutmayacaq.