Arda Gülər bu oyunu da buraxacaq
25.07.2023 , 18:46

“Fənərbağça”dan ayrılaraq “Real Madrid”ə transfer olan Arda Gülər komandası ilə mövsümöncəsi ABŞ-da düşərgəyə daxil olmuşdu.
Korner.az xəbər verir ki, təşkil olunan turnirdə “Milan”la keçirdiyi matçda zədə səbəbindən meydana çıxa bilməyən Türkiyə millisinin futbolçusunun son durumuna aydınlıq gəlib.
“Marca nəşrinin xəbərinə görə, Arda Gülər “Mançester Yunayted” matçda da meydana çıxa bilməyəcək.
Zədə səbəbindən hələ də məşq edə bilməyən gənc ulduzun bu görüşü də buraxacağı qeyd olunub.
