“Araz-Naxçıvan” sabah MOİK-lə keçirəcəyi matç səbəbindən bu gün səhər saatlarında paytaxtımıza təşrif buyurub.
Korner.az-ın məlumatına görə, saat 14:00-da məşqə çıxan Əsgər Abdullayevin yetirmələri paytaxtın məhşur “Deluxe” otelində məskunlaşıblar.
Axşam saatlarənda “Araz-Naxçıvan” oteldə sürprizlə qarşılaşıblar.
Komandamızı Bakıda dəstəkləyən və yeni fəaliyyətə başlayan “Nəqşicahan” AAK-nın 30-dan çox üzvü “Deluxe” otelinə təşrif buyuraraq məşqçilər korpusu və futbolçularla görüşüblər.
Görüşdə azarkeşlər sabah sevimli komandalarından yalnız qələbə gözlədiklərini bildiriblər. Bir saatadək davam edən görüşün sonunda xatirə şəkilləri çəkilib.
