UEFA Avropa Liqasının play-off mərhələsinin cavab oyunları çərçivəsində avqustun 30-da, Bakı vaxtı ilə saat 23:00-da, Kiprin Nikosiya şəhərindəki GSP Stadium-da keçiriləcək APOEL – "Neftçi" qarşılaşmasını idarə edəcək hakimlər müəyyənləşib.
Korner.az-ın məlumatına görə, cavab qarşılaşması fransız hakimlərə həvalə olunub.
Baş hakim: Said Ennjimi
Baş hakimin köməkçiləri: Emmanuel Boisdenghien, Hüseyin Ocak
Dördüncü hakim: Lionel Jaffredo
(Hakimlər briqadası Fransadandır)
Hakim-inspektor: Sokol Jareci (Albaniya)
UEFA nümayəndəsi: Zoran Cvrk (Xorvatiya)
