APOEl-in yarımmüdafiəçisi Səlim Benaçour "Neftçi" ilə oyun öncəsi fikirlərini bildirib. Korner.az– ın məlumatına görə, Səlim "Neftçi" ilə oyunun asan keçməyəcəyini düşünür.
“Neftçi” ilə oyun asan olmayacaq. Rəqib Azərbaycan çempionudur. Onların gücünü düzgün qiymətləndirməliyik. Biz məşqimizin dediyi kimi oynayacağıq. Süni örtüklü meydançada oynamaq heç də asan deyil. Biz belə örtüyə öyrəşməmişik. Bakıda bacardığımızın 100 faizini ortaya qoyacağıq. “Neftçi”ni keçmək üçün hər şeyi edəcəyik."
