Azərbaycan Premyer Liqasının IV turu “İnter” klubunun baş məşqçisi Kaxaber Sxadadze üçün əlamətdar olacaq. Belə ki, gürcüstanlı mütəxəssis komandasını ölkə çempionatında 100-cü – yubiley matçına çıxaracaq.
2009-cu ilin yayından paytaxt təmsilçisini çalışdıran Sxadadze arxada qalan 3 mövsümün hərəsində 32 oyunda “İnter”ə rəhbərlik etmişdi. Cari mövsümün ilk 3 oyunundan sonra matç sayını 99-a çatdıran mütəxəssis “Turan”la səfər oyununda 100-cü qarşılaşmasını qeyd edəcək.
2009/10 32 17 10 5 47-27 61
2010/11 32 13 10 9 29-24 49
2011/12 32 16 8 8 29-18 56
2012/13 3 0 2 1 1-2 2
99 46 30 23 106-71 168
Qeyd: texniki məğlubiyyət top fərqinə daxil edilməyib.
PFL.az
