Avropa Liqasının IV təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan APOEL klubunun futbolçusu Qustavo Manduka oyundan öncə Kipr mətbuatına maraqlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, zədə səbəbindən Bakıdakı oyunda forma geyinmək şansı qazana bilməyən braziliyalı futbolçu "Neftçi" ilə cavab görüşü haqda bunları dedi:
“Zədə səbəbindən Bakıdakı qarşılaşmada meydana çıxa bilmədim. Ancaq çox şadam ki, komandamız səfərdən sərfəli nəticə – 1:1 hesabı ilə qayıtdı. Məqsədimiz ev oyununda həmin uğurun davamını gətirməkdir. Cavab matçında ilk “11-lik”də meydana çıxacağıma inanmıram. Bununla belə, baş məşqçi mənə sonradan şans verə bilər. Fikrimcə, hər şey özümüzdən asılıdır. Biz “Neftçi”yə oynamaq imkanı verməməliyik. Topa nəzarəti ələ alsaq, meydanda istədiyimizi edəcəyik”.
Qeyd edək ki, APOEL – “Neftçi” qarşılaşması sabah, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
