"Neftçi" çox yaxşı komandadır. Bütün oyunlarını izləmişəm. Əsasda yarımmüdafiə xətti güclüdür".
Korner.az-ın məlumatına görə, bu sözləri "Neftçi" ilə oyundan əvvəl "Dalğa Arena"da baş tutan mətbuat konfransında APOEL-in baş məşqçisi deyib. Matçın favoritinin kim olduğunu deməyən mütəxəssis sözlərinə bu cür davam edib:
"Çətin oyun olacaq. Bu oyunda istənilən hesab bizi qane edir. "Neftçi" futbol oynamağı bilən komandadır. Mən əminəm maraqlı oyun olacaq".
