Avropa Liqasının IV təsnifat mərhələsinin keçiriləcəyi tarix Azərbaycan klubları üçün uğursuz gündür. Korner.az apasport.az-a istinadən xəbər verir ki, ilk ev oyunumuzu keçirdiyimiz gündən bəri avqustun 23-də komandalarımız istisnasız məğlub olub.
Kiprin APOEL klubunu qəbul edəcək “Neftçi”nin özü də bu tarixdə 1 dəfə meydana çıxıb. Lakin “Turan” və “Şəfa” kimi, “ağ-qaralar”da uduzublar. Özü də bu “qara” gündə komandalarımız heç qol da vura bilməyib.
1994. “Turan” – “Fənərbaxça” (Türkiyə) – 0:2
2001. “HİT-Qoritsa” (Sloveniya) – “Neftçi” – 1:0
2001. “Şəfa” – “Olimpiya” (Sloveniya) – 0:3
“Neftçi”dən fərqli, rəqibimiz avqustun 23-ü tarixini yaxşı xatırlamalıdır. Çünki həmin gün keçirdiyi yeganə qarşılaşmada Nikosiya təmsilçisi qalib gəlib.
2011. APOEL – “Visla” (Polşa)
