Anton oynadı, komandası qalib gəldi
03.04.2024 , 21:59

Cənubi Koreya çempionatında 5-ci turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun komandası “Daejeon”evdə “Ulsan”la qarşılaşıb və 2:0 hesabıyla qalib gəlib.
Anton da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
90+3-cü dəqiqədə isə sarı vərəqə alıb.
“Daejeon” hazırda 5 xalla 7-ci pillədə qərarlaşıb.
