“Keşlə” növbəti transferini gerçəkləşdirib.
Bakı təmsilçisi mövsümün sonunda “Sumqayıt”dan ayrılan Amil Yunanovu heyətinə qatıb. Milli komandamızın da formasını geyinən hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, A. Yunanov ötən mövsüm 10 qolla Topaz Premyer Liqada Baqali Dabodan (13 qol) sonra ən sərrast 2-ci futbolçu olub.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)