Rusiyanın Sankt-Peterburq şəhərində maraqlı hadisə yaşanıb. Belə ki, taksi sürücüsü xarici vətəndaşı aldadıb.
Rusiya mətbuatının verdiyi məlumata görə, polis orqanları həmin sürücünü axtarır. Onlara daxil olan şikayətdə meksikalı azarkeşin 2 kilometrlik yolu 6000 rus rubluna (163 AZN) getdiyi deyilir. Sürücü ilk olaraq qadından 7 min rubl tələb edib. Azarkeşin etirazını görən sürücü avtomobilin qapılarını kilidləyib. Məcbur olub ödənişi edən meksikalı xanım yalnız bundan sonra avtomobili tərk edib.
Xatırladaq ki, Meksika yığması DÇ-2018 qrup mərhələsi çərçivəsində Sankt-Peterburq şəhərində oyun keçirməyəcək.
