Ağayev Bolqarıstan – Monteneqro oyununa təyinat aldı
21.03.2023 , 16:34

Avropa çempionatının seçmə mərhələsinin ilk turunda keçiriləcək Bolqarıstan – Monteneqro oyununa təyinatlar açıqlanıb.
Korner.az xəbər verir ki, görüşü Azərbaycandan olan hakimlər briqadası idarə edəcək.
Oyunun baş hakimi Əliyar Ağayev olacaq. Ona yan xətt hakimləri Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcək. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.
Martın 24-də baş tutacaq oyuna saat 21:00-da start veriləcək.
