“Barselona”dan rekord
21.03.2023 , 15:46

“Barselona” La Liqanın 26-cı turunda “Real”la “Kamp Nou”dakı görüşdə mövsümün rekordunu qırıb.
Korner.az xəbər verir ki, Kataloniya təmsilçisinin 2:1 hesabı ilə qalib gəldiyi oyunu tribunalardan 95.745 nəfər izləyib. Bu, cari mövsüm üçün La Liqada rekord deməkdir.
“Barselona” öz stadionunda bilet satışı üzrə də yeni rekorda imza atıb.
