AFFA bu klubları cərimələdi
17.08.2023 , 12:59

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan” – “Qəbələ” qarşılaşmasında “Qəbələ”nin futbolçusu Ülvi İsgəndərov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib.
“Neftçi” – “Səbail” oyununda “Səbail” 2-ci hissəyə gec çıxdığına görə 1500 manat cərimə edilib. “Səbail”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klubu 700 manat ödəyəcək. Həmçinin “Səbail”in baş məşqçisinin köməkçisi Elmir Xankişiyev meydana kənar əşya atdığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalandırılıb, klub 3500 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin olunub.
“Neftçi”nin baş məşqçisi Adrian Mutu “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Neftçi” 500 manat cərimənib.
