Millinin oyunlarının vaxtı açıqlandı
17.08.2023 , 12:21

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şimali İrlandiya və Lüksemburqla oyunlarının saatı açıqlanıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Oktyabrın 12-də keçiriləcək Şimali İrlandiya ilə matç saat 18:00-da başlayacaq. Oktyabrın 17-də Lüksemburq görüş də 18:00-da start götürəcək.
Hər iki oyun “Dalğa Arena”da təşkil olunacaq.
