Joze Mourinyo “Çelsi”yə məğlubiyyətdən sonra komandada bir sıra dəyişiklər etmək fikrindədi.
Korner.az-ın məlumatına görə, bu barədə İngiltərə mətbuatı yazıb.
O, dəyişikliyə Ueyn Runidən başlayacaq. Qış fasiləsində Runi Mançester təmsilçisi ilə yollarını ayıra bilər. Onun xidmətindən İtaliya “İnter”inin maraqlı olduğu bildirilir.
Runi cari mövsümdə meydana çıxdığı 12 qarşılaşmada cəmi 1 qol vura bilib.