“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola karyerasında antirekorda imza atıb.
Korner.az-ın məlumatına görə, təcrübəli mütəxəssis idarə etdiyi klubların heç birində ardıcıl 6 oyun qələbəyə həsrət qalmayıb.
Qvardiola bu nəticəyə İngiltərə Kubokunda “Mançester Yunayted”ə qarşı keçirilən oyunda (0:1) nail olub. “Şəhərlilər”in çalışdırıcısı “Seltik”lə heç-heçə (3:3), “Tottenhem”ə məğlubiyyət (0:2), “Everton”la heç-heçə (1:1), “Barselona”ya böyükhesablı məğlubiyyət (0:4) və “Southempton”la heç-heçəyə razılaşıb (1:1)
Xatırladaq ki, Qvardiola “qırmızı”lara Xuan Matanın 54-cü dəqiqədə vurduğu qolla məğlub olub.