Madrid “Real”ı futbolçusu Lukas Vazkezlə yeni müqavilə imzalayıb.
Korner.az-ın məlumatına görə, bu barədə məlumatı klubun rəsmi saytı yayıb
25 yaşlı fubolçu uzun müddət “kral klubu”nun uğurları üçün çalışacaq. İspaniya millisinin üzvü 5 illik müqaviləyə imza çəkib. O, 2021-ci ilin yayına qədər Madriddə qalacaq.