big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“O dünya”dan qayıdanlar – YAZI

15.05.2016 , 10:01

Klublar da insanlar kimidir. Nə vaxtsa “doğulurlar”, “böyüyürlər”, uğur qazanmağa çalışırlar… Bəziləri “körpə” vaxtlarında tarixin yaddaşına köçür, az bir qismi isə yaşamaqda davam edilər. Tək fərq həmin qismin insanlardan fərqli olaraq daha uzunömürlü olmalarıdır. Hətta bəzi klublar bəzi insanlar kimi müxtəlif “qəza” səbəbindən “o dünyanı” görüb, yenidən həyata qayıdırlar. Belə klublar çox olmasa da, mövcüddür. Onlardan biri də Şotlandiyanın məşhur klubu “Qlazqo Reyncers”dir. 2012-ci ildə bankrot elan edilən klub 3-cü liqaya göndərilmişdi. Şotlandiyanın aşağı lişalarında ard-arda birinciliklər qazanaraq ölkəsinin yüksək divizionuna qalxan Qlazqo təmsilçisi “o dünya”dan qayıdanlardan biridir. Mayın 1-də Şotlandiyada başa çatan birinciliyin nəticələrinə görə, növbəti mövsüm “Qlazqo Reyncers” Premyer Liqada mübarizə aparacaq. Deməli, azarkeşlər həm də dünyanın ən maraqlı derbilərindən sayılan “Qlazqo derbisi”ni izləyə biləcəklər. Bu yazıda nə vaxtsa “Qlazqo Reyncers”in aqibətini yaşamış bir neçə tanınmış klubdan bəhs edəcəyik.

“Napoli” (İtaliya)

Nailiyyətləri: 2 skudetto, 5 İtaliya Kuboku, 1 UEFA Kuboku

Hazırki vəziyyəti: Bu mövsüm A Seriyasında 2-ci yer

Ötən əsrin 80-ci illərində 2 dəfə çempionluq sevinci yaşayan “Napoli” Maradonanın gedişindən sonra İtaliyada sıradan komandaya çevrildi. Aparıcı oyunçularını bir-bir itirən komanda XXI əsri B Seriyasında qarşıladı. Buna kimi komanda 1 dəfə də aşağı liqaya düşmüşdü. Həm nəticə, həm də maliyyə baxımından vəziyyət getdikcə pisləşirdi. Nəhayət, 2004-cü ilin avqustunda “Napoli”nin 70 milyon avro borcu olduğu bilindi və klub bankrot elan olunaraq fəaliyyətini dayandırdı. Klubu “ölüm”dən kinoprodüser Aurelio de Laurentis qurtardı. O, “Napoli”ni “Napoli Sokker” kimi qeydiyyatdan keçirdi və komanda C1 Seriyasında çıxış etdi. De Laurentis klubun keçmiş adının qaytarılması hüququnu almışdı və 2006-cı ildə “Napoli Sokker” yenidən “Napoli”yə (“Societ Sportiva Calcio Napoli”) çevrildi. Elə həmin mövsüm “Napoli” A Seriyasına qayıtdı. İldən-ilə daha da uğurlu çıxış edən komanda bu il çempionluq yarışında “Yuventus”un əsas rəqiblərindən biri birincisi idi.

“Lids” (İngiltərə)

Nailiyyətləri: 3 dəfə İngiltərə çempionluğu, 1 İngiltərə Kuboku, 1 Liqa Kuboku

Hazırki vəziyyəti: Çempionşipdə çıxış edir

Bir vaxtlar Devid O’Lirinin komandası nəinki İngiltərədə, hətta bütün Avropada adından söz etdirməyi bacarmışdı. Baş məşqçi ötən əsrin 90-cı illərinin sonunda və “2000″lərin əvvəlində çox güclü kollektiv formalaşdıra bilmişdi. Həmin vaxt komandanın kredit borcları da az deyildi. Rəhbərlik bu borcları futbol meydanında qazanılan uğurlar sayəsində əldə olunan gəlirlə bağlamağı düşünürdü. Gəl ki, bir ara komanda uğursuzluq zolağına düşdü və avtomatik olaraq borclar artmağa başladı. Vəziyyətdən çıxış yolu kimi klub əsas futbolçularını, stadionunu, hətta məşq bazasını satmağa məcbur oldu. Amma borcları tam olaraq bağlaya bilmədi. Bu zaman klubun başına Ken Beyts keçdi. Onun gəlişi də “Lids”ə kömək etmədi, komanda 2-ci diviziondan da aşağı düşdü. Bu halda İngiltərə Futbol Assosiasiyasının qaydalarına görə komanda heç bir peşəkar turnirlərdə iştirak edə bilməzdi. Lakin Bentsin səyləri nəticəsində “Lids”ə güzəşt edildi. Bir neçə il “zülm çəkən” Bents 2009/10-cu illər mövsümündə baş məşqçi Saymon Qreysonun köməkliyi ilə “Lids”i Çempionşipə daşıya bildi. Tezliklə klubun yeni sahibi peyda oldu. Bu, italiyalı Massimo Çellinodur. Çellino qalmaqallı insan olsa da, “Lids”ə “pis baxmır”. Bu mövsüm çətin, amma növbəti illərdə “Lids”in Premyer Liqaya qayıdacağını gözləməyə dəyər.

“Portsmut” (İngiltərə)

Nailiyyətləri: 2 dəfə İngiltərə çempionluğu, 2 Liqa Kuboku

Hazırki vəziyyəti: İngiltərənin aşağı divizonunda çıxış edir

İngiltərə Premyer Liqası tarixində iflas elan edilən “Portsmut” tarixi ərzində bir neçə dəfə ciddi maliyyə problemləri və fəaliyyətini dayandırmaq təhlükəsi ilə üzləşib. Ötən əsrin 80-ci illərində çətin vəziyyətə düşəndə klub ulduz futbolçularını satmaqla özünə birtəhər gələ bilmişdi…

2006-cı ildə biznesmen Aleksandr Qaydamak “Portsmut”u aldıqdan sonra komanda tarixi ərzində 2-ci dəfə İngiltərə Liqa Kubokunun qalibi oldu. Düşünmək olardı ki, uğurlu çıxış davam edəcək. Lakin klubun borcları getdikcə çoxalmağa başladı. Az sonra Qaydamak “Portsmut”u BƏƏ şeyxi Süleyman əl-Fəhimə satdı. Əl-Fəhim yağlı vədlər versə də, kluba maliyyə ayırmadı. O da 2009-cu ildə da Qaydamak kimi hərəkət edərək “Portsmut”u başından elədi. Klubun yeni sahibi ərəb biznesmen Əli əl-Fərəc oldu. Əl-Fərəcin rəhbərliyi altında növbəti 2 mövsüm “Portsmut” üçün faciəvi oldu. Belə ki, klub futbolçuların maaşlarını ödəyə bilmədi və bu üzdən hesabından xallar silindi. Nəticədə Preymer Liqadakı yerini itirən “Portsmut” borcları üzündən fəaliyyətini dayandırmalı oldu. Düzdür, həmin vaxt klub daxili idarəetmə üsuluna keçmişdi. Həm də asiyalı bir iş adamı klubu almaq istəyirdi. Lakin sonradan problemli klub həmin biznesmenə lazım olmadı.

3 il aqoniya vəziyyətində olan klub İngiltərə Futbol Assosiasiyasının tələbi ilə bütün futbolçularını satdı. Borclarsa yenə də bağlanmadı. Bu anda “Portsmut”un dadına sadiq azarkeşləri çatdı. Onlar  3 milyon funt-sterlinq toplayaraq sevimli komandalarını “ölüm”dən qurtardılar. Hazırda “Portsmut”un sahibi elə həmin azarkeşlərdir.

“Parma” (İtaliya)

Nailiyyətləri: 3 İtaliya Kuboku, 2 UEFA Kuboku, 1 Kuboklar Kuboku

Hazırki vəziyyəti: D Seriyasında çıxış edir

1999-cu ildə Buffon, Türam, Kyeza, Krespo, Veron, Kannavaro kimi futbolçularla UEFA Kubokunu götürəndə düşünmək olardı ki, bu klub gələcəkdə daha böyük uğurlar qazanacaq. Amma… 2004-cü ildə əsas sponsoru “Parmalat”ın iflasa uğramasından sonra “Parma”nın maliyyə vəziyyəti ağırlaşdı. Həmin vaxt komanda A Seriyasında qalmağı bacarmışdı. Lakin 11 il sonra faciə baş verdi. Klubun maliyyə vəziyyətini düzəltmək üçün prezident Tommazo Girardi “Parma”nı albaniyalı biznesmenə satmaq qərarına gəldi. Lakin sövdələşmə gecikirdi. Futbolçulara maaşlarının aylarla ödənilməməsi İtaliya Futbol Federasiyanını klub qarşı sərt tədbirlər görməyə məcbur edirdi. Uzun məşəqqətlərdən sonra Rezat Taçi ofşor kompaniya vasitəsilə “Parma”nı aldı və dərhal da satışa çıxardı. Bir neçə həftə ərzində “Parma” 5 dəfə satıldı. Maraqlıdır ki, həmin alıcılardan biri cəmi 3 gün kluba rəhbərlik etdi, digəri isə maliyyə saxtakarlığına görə həbs olundu. Bu vaxt artıq, klubun bazasında işıq və qaz kəsilmişdi. Təbii ki, borclara görə. Azarkeşlər pul yığıb sevimli komandalarına sahib çıxmaq istəsələr də, lazım olan məbləğ yığılmadı. Nəticədə 2015-ci il iyunun sonlarında “Parma” fəaliyyətini tam dayandırdı.

Parmanın bir neçə kiçik bizneslə məşğul olan iş adamları elə həmin yay “Parma”nı yenidən təsis etdilər. Doğrudur, bu komanda hazırda D Seriyasında çıxış edir. Amma nə olsun, əsas odur ki, azarkeşlər və şəhər sakinləri komandasız qalmayablar.

“Fiorentina” (İtaliya)

Nailiyyətləri: 2 dəfə İtaliya çempionluğu, 6 İtaliya Kuboku, 1 Kuboklar Kuboku

Hazırki vəziyyəti: A Seriyasında 5-ci yer, Avropa Liqasına vəsiqə  qazanıb

“O dünya”nı görüb qayıtmış İtaliya klublarından biri də “Fiorentina”dır. Əsrin əvvəllərində yığılan borcları ödəmək üçün klubun sahibi Çeki Qori sadə üsula əl atdı. O, əvvəlcə klubun liderlərini satışa çıxardı. Ardınca klubda idarəetmə mexanizmini yenilədi. Daha sonra isə klub daxili idarəetmə üsuluna keçdi. Bütün bunlar borcları bağlamağa bəs etmədi. 2002-ci ilin iyununda məhkəmənin qərar ilə “Fiorentina” fəaliyyətini dayandırmağa məcbur oldu. Cəmi 2 ay sonra biznesmen Andrea Della Valle klubu “diriltdi”. Köhnə kollektivdən yalnız komandanın kapitanı Ancelo Di Livio qalmışdı. Komanda S2 Seriyasında “Florensiya Viola” adı altında çıxış etməyə başladı. Ağıllı transfer siyasəti sayəsində və İtaliya birinciliklərinin keçirilmə qaydalarında edilən dəyişikliklər səbəbindən 1 mövsümdə 2 liqa adlayan yeni klub 2003/04 mövsümündə B Seriyasına yüksəldi. Həmin il Della Valle klubun keçmiş adını və atributlarını aldı. Daha bir il sonra “Fiorentina” A Seriyasına vəsiqə qazandı və bu günə kimi də əsas birincilikdə çıxış edir.

“Boavişta” (Portuqaliya)

Nailiyyətləri: 1 dəfə Portuqaliya çempionluğu, 5 Portuqaliya Kuboku

Hazırki vəziyyəti: Premyer Liqadakı yerini son turlarda qoruya bildi

Gözlənilmədən 2001-ci ildə Portuqaliya çempionu olan “Boavişta” cəmi bir neçə il sonra 400 min avro tapa bilmədi ki, peşəkar statusunu qorusun. Daha doğrusu, həmin məbləğ tapıldı, amma texniki ehtiyaclara sərf olundu. Çempionatda oynamağa isə pul qalmadı. Belə də komanda 2009-cu ildə peşəkar yarışlardan kənarlaşdırıldı. Amma klub məhv olmadı, həvəskar səviyyədə də olsa, fəaliyyətini davam etdirdi. 2014-cü ildə isə gözlənilməz hadisələr baş verdi. Portuqaliya Futbol Federasiyanın qərarı ilə Premyer Liqa təmsilçilərinin sayı artırıldı. Elə həmin vaxt klubun peşəkar statusu da geri qaytarıldı. Nəticədə “Boavişta” avtomatik olaraq Premyer Liqaya gətirilən 2 komandadan biri oldu.

Hazırladı:

Nemət AĞAYEV

“Het-trik news”

Son yazılar

To Top