Bu gün Premyer Liqada “Aston Villa”ya qarşı matç Tomaş Rositskinin “Arsenal”da son oyunu olacaq.
Korner.az-ın məlumatına görə, London klubunun başqa bir futbolçusu Cek Uilşir özünün İnstagram səhifəsində bu haqda yazaraq 35 yaşlı komanda yoldaşına bundan sonrakı karyerasında uğurlar arzulayıb.
Çexiya millisinin də üzvü olan Rositski “Arsenal”a 2006-cı Dortmund “Borussiya”sından transfer olunub. O, iki dəfə İngiltərə kuboku, bir dəfə isə superkuboku qazanıb. Bu mövsüm Rositski zədəli olduğundan “Arsenal”da cəmi 1 oyunda iştirak edib.
