Azərbaycan kubokunun 1/4 final mərhələsində keçiriləcək “Neftçi” – AZAL matçı canlı yayımlanacaq.
Korner.az-ın AZAL-ın saytına istinadən yaydığı xəbərə, sözügedən oyun “İdman Azərbaycan” telekanalı vasitəsilə birbaşa nümayiş olunacaq.
Qeyd edək ki, “Neftçi” – AZAL oyunu martın 4-ü, saat 17:00-da başlayacaq.