“İnter”də icarə əsasında oynayan Lukaş Podolski Almaniya millisindəki karyerasını başa vuracağı tarixi açıqlayıb.
Korner.az-ın məlumatına görə, bu xəbər Almaniya mətbuatında yer alıb. Polşa əsilli futbolçu “Avro-2016″nın final mərhələsindən sonra yığmadakı karyerasını bitirəcəyini deyib:
“Avro-2016″ mənim üçün son böyük turnir olacaq. Bundan sonra millidəki karyeramı bitirəcəm. Almaniya yığması ilə əsas məqsədimə çatdım. Bundestimlə dünya çempionu olmaq əsas hədəfim idi”.