Almaniya 2-ci Bundesliqa təmsilçisi “Karlsrue” klubu növbəti yoxlama matçını keçirib.
Korner.az-ın məlumatına görə, komanda “Volfsburq”la üz-üzə gəlib. Azərbaycan yığmasının hücumçusu Dmitri Nazarovun çıxış etdiyi komanda güclü rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Nazarov görüşün 46-cı dəqiqəsində meydana daxil olub.