big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Qəbələ” BATE-yə uduzdu, Litvada 4-cü oldu

27.10.2014 , 10:15

Litvanın paytaxtı Vilnüsdə keçirilən “Ateitis Cup 2014” beynəlxalq turnirinə yekun vurulub. 

Korner.az-ın “Qəbələ”nin saytına istinadən məlumatına görə, klubun Futbol Akademiyasının U-15 komandası yarışın son günündə III yer uğrunda matça çıxıb.

Turnirin B qrupunda 2-ci yeri tutan Mehman Yunusovun komandası A qrupunun ikincisi olan Belarus təmsilçisi BATE ilə görüşüb. Maraqlı mübarizə şəraitində keçən matçın əsas vaxtı 1:1 hesabilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan belaruslular 10:9 hesabilə qalib gəliblər. Beləliklə, “qırmızı-qaralar” yekunda 4-cü pillə ilə kifayətləniblər. Turnirin qalibi adını isə Litvanın Milli Futbol Akademiyası qazanıb. Turnirin təşkilatçısı olan “Ateitis” klubu 2-ci olub.

Qeyd edək ki, qrup mərhələsində “Feniks” (Kaunas, Latviya) və “Orbita” (Belarus) üzərində eyni – 2:1, “Dinamo”nu (Kiyev, Ukrayna) 4:0 hesabı ilə məğlub edən “Qəbələ” “Minsk”lə (Belarus) 0:0 hesablı heç-heçə edib. Təmsilçimiz qrupdakı yeganə məğlubiyyətini turnirin qalibi olan Milli Futbol Akademiyası (Litva) ilə görüşdə alıb – 0:2.

Son yazılar

To Top