Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, millimizin üzvü Taşkın İlterin çıxış etdiyi Braunşveyq “Ayntraxt”nın U-23 komandası Norderştedt “Ayntraxt”ı ilə üz-üzə gəlib.
Oyun 1:1 hesabı ilə yekunlaşıb. Meydana start heyətində çıxan Taşkın 90 dəqiqə oynayıb.
Qeyd edək ki, Regional Liqanın Şimal zonasında çıxış edən “Ayntraxt” 14 turda 22 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.(apasport)
