Dünən 17-ci Asiya Oyunlarında tarixi hesab qeydə alınıb
Korner.az-ın məlumatına görə, Yaponiyanın qadınlar üzrə həndbol komandası Maldiv adaları təmsilçisini qəbul edib. Yaponlar ilk hissəni 40:0 hesabı ilə tamamlayıb. Oyunun sonunda isə hesab 79:0 olub.
Qeyd edək ki, Maldiv adaları təmsilçisi digər idman növlərində də rəqiblərinə biabırçı şəkildə boyun əyib.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)