Topaz Premyer Liqasının 19-cu turunda “Bakı” doğma meydanda “Rəvan”la qarşılaşıb.
Korner.az-ın məlumatına görə, rəqibini 5-1 hesabı ilə məğlub edən Milinko Pantiçin yetirmələri növbəti 3 xalı aktivinə yazıb.
Milinko Pantiç: “Qələbə qazandıqdan sonra soyuq hava da unudulur. Mükəmməl oyun oynadıq, qalib gəldik. Oyundan çox razıyam, İspaniyadakı toplanışda göstərdiyimiz oyunu burada da göstərdik. Aqressiv oynadıq, komandamı təbrik edirəm”.
Güvenc Kurtar: “Oyuna pis başladıq. 10 gün ərzində az çalışdıq. Bunu bəhanə kimi gətirmirəm. Belə qollar buraxmamalıyıq. Transferlərimiz çox gec gəldi. Bu cür ilk və son oyunumuzdur. Bir də belə “Rəvan”ı görməyəcəksiniz”.