“Sumqayıt”ın ilk yoxlama matçının vaxtı
06.07.2024 , 14:31
Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən “Sumqayıt”ın ilk yoxlama oyununun saatı açıqlanıb.
Korner.az xəbər verir ki, Rusiyanın “Orenburq” klubu ilə sabah Qızılcahamam stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
“Sumqayıt” iyulun 12-də isə Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi” ilə qarşılaşacaq. Digər rəqibin kimliyi barədə isə əlavə məlumat veriləcəyi bildirilib.