“Sabah”ın ilk sınağı
06.07.2024 , 15:43

Yaya hazırlığını Sloveniyada keçirən “Sabah” bu gün təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxacaq.
Korner.az xəbər verir ki, Krunoslav Renduliçin rəhbərlik etdiyi kollektiv yerli “Koper” komandası ilə qarşılaşacaq.
Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Sloveniyanın yüksək liqasında çıxış edən “Koper” ötən mövsümü 5-ci pillədə tamamlayıb.
