“Alanyaspor”dan “Beşiktaş”a?
04.07.2024 , 22:49
“Beşiktaş”ın “Alanyaspor”un gənc oyunçusu Cem Çeliklə maraqlandığı iddia edilir.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
22yaşlı oyunçu skautlar tərəfindən bəyənilib və rəhbərliyə təqdim edilib.
Cemin “Alanyaspor”la müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
22 yaşlı Cem ötən mövsüm 2-ci Liqada “Diyarbəkirspor”da icarə əsasında 26 oyun keçirib.