Gənc oyunçu “Sevilya”nın transfer gündəmində
04.07.2024 , 11:12
“Barselona”nın hücumçusu Ansu Fati ilə daha bir klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, futbolçu ilə “Sevilya” yaxından maraqlanır.
Əndəlüs klubu 21 yaşlı oyunçunu heyətində görmək fikrindədir.
Ansu Fati ötən mövsüm icarə əsasında “Brayton”da çıxış edib.
O, keçirdiyi 27 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.