“Fənərbağça” mübarizəni dayandırdı
19.04.2024 , 02:02
Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, Türkiyə təmsilçisi “Fənərbağça” İstanbulda “Olimpiakos”u qəbul edib və 1:0 hesablı qalib gəlib. Lakin ilk oyunun nəticəsinə görə Yunanıstan təmsilçisi mərhələ adlayan tərəf olub.
“Fiorentina” “Viktoriya”ya Çexiya) 2:0 qalib gəlib, Yunanıstan PAOK-u isə “Brügge”yə 0:2 hesabı ilə uduzub.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
20:45 Fiorentina (İtaliya) – Viktoriya (Çexiya) – 2:0
İlk oyun 0:0
20:45 Lill (Fransa) – Aston Villa (İngiltərə) – 2:1 (pen 3:4)
İlk oyun 1:2
23:00 Fənərbağça (Türkiyə) – Olimpiakos (Yunanıstan) – 1:0
İlk oyun 2:3
23:00 PAOK (Yunanıstan) – Brügge (Belçika) – 0:2
İlk oyun 0:1