“Liverpul” mübarizəni dayandırdı, “Roma” yarımfinalda!
19.04.2024 , 01:56
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.
Korner.az xəbər verir ki, İtaliya təmsilçiləri “Roma” və “Milan” paytaxt Romada üz-üzə gəliblər. “Roma” yarımfinala adını yazdıran tərəf olub – 2:1.
“Liverpul” isə səfərdə “Atalanta” ilə qarşılaşıb. İngiltərə nəhəngi bu görüşdə 1:0 hesabı ilə matçı qazansa da, ümumi hesaba görə “Atalanta” mərhələ adlayıb.
UEFA Avropa Liqası
1/4 final mərhələsi, cavab oyunları
18 aprel
23:00 Roma (İtaliya) – Milan (İtaliya) – 2:1 (pen 3:2)
Qollar: C.Mançini, 13, P.Dibala, 22 – M.Qabbia, 85
İlk oyun 1:0
23:00 Atalanta (İtaliya) – Liverpul (İngiltərə) 0:1
Qol: M.Salah, 7 (pen.)
İlk oyun 3:0
23:00 Marsel (Fransa) – Benfika (Portuqaliya) 2:1 (penaltilər 3:2)
Qol: Mumbanya, 79
İlk oyun 1:2
23:00 Vest Hem (İngiltərə) – Bayer (Almaniya) 1:1
Qollar: M.Antonio, 13 – Frimponq, 89
İlk oyun 0:2