Dünya çempionatının keçiriləcəyi tarix və yer məlum oldu
13.04.2023 , 16:44
Şahmatın rapid növü üzrə dünya çempionatının keçiriləcəyi tarix və məkan bəlli olub.
Korner.az xəbər verir ki, yarış 26-28 avqustda Almaniyanın Düsseldorf şəhərində təşkil ediləcək.
Komandalarda 6 qrossmeyster və 3 ehtiyat oyunçu yer alacaq.
Ümumilikdə 12 tur oynanılacaq. Dünya çempionatının mükafat fondu 250 min avro olacaq.