Krivotsyukun komandası 1/8 finalda
13.04.2023 , 16:14

Cənubi Koreya Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilir.
Korner.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi “Teçon Xana Sitizen” bu raundda “Ceoce” ilə qarşılaşıb. Görüş “Tecon Xana Sitizen”in qələbəsiylə başa çatıb (4:1) və komanda adını 1/8 finala yazdırıb.
Anton da bu görüşdə iştirak edib. Start heyətdə meydana çıxan müdafiəçi sona qədər oynayıb.
