Bu gün Avropa Liqasının qrup mərhələsi Rusiyada keçiriləcək "Rubin" – "Neftçi" oyununa maraq azdı.
Korner.az-ın Kazana ezam olunmuş müxbirinin veriyi məlumata görə, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmada anşlaq gözlənilmir.
Kazan təmsilçisinin 28 500 azarkeş tutumuna malik stadionunda oyunu canlı izləmək üçün səhər saatlarına kimi cəmi 5 min bilet satılıb. Çətin səfərdə "ağ-qaralar"ı 800-ü yaxın azərbaycanlı fanatlar dəstəkləyəcəyi gözlənilir.