big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Premyer Liqa

“90 dəqiqə eyni tempdə oynaya bilmirik” – Tərlan Əhmədov

21.10.2017 , 14:16

Topaz Premyer Liqasında IX turun “Kəpəz” – “Neftçi” (0:1) oyunundan sonra qonaq komandanın baş məşqçisi Tərlan Əhmədov jurnalistlərin suallarını cavablandırdı.
 
O, əvvəlcə matç barədə fikirlərini bildirdi:

– 3 xal üçün gəlmişdik, çətin oyun olacağını bilirdik. Azarkeşlərmizə minnətdaram ki, uzun məsafə qət edib gəlmişdilər. 90 dəqiqə bizimlə oldular. Görüşdən əvvəl ajiotaj olacağına əmin idik. Keçən turdakı 4:0 hesablı qələbədən sonra eyforiya olmasın deyə çox çalışmışdıq.

– İkinci hissədə sanki oyununuzu tapa bilmirdiniz….
– Sanki bir az arxayınlıq var idi. 90 dəqiqə keçirdiyimiz oyun xoşuma gəlmədi. Nəticə sevindiricidi.

– Cinahların yaxşı işləməməyi böyükhesablı qələbəyə mane oldu?
– Bəli cinah yarımmüdafiəçilərimiz aktiv deyildi. Yaradılan qol epizodlarını ilk hissədə qola çevirsəydik. Fərqli bir matç olardı. Çox həyəcanlı idim, matçın gedişatı məni narahat edirdi.

– Hakimlikdən razısınız?
– Hakimliklə bağlı deyəcək bir şey yoxdu. Hakimlər heş bir komandaya qarşı haqsızlıq etmədi.

– İlk hissədə top “Kəpəz”in futbolçusunun əlinə dəydi.
– Ani oldu. Siz təkrara baxdıqdan sonra qərar verirsiniz. Məşqçilər də isti-isti hadisəyə reaksiya verir. Təkrara baxdıqdan sonra nəsə demək olar.

– Meza Kollisiz orta xətt necə idi?
– Onun yoxluğu problem yaratdı. Rəşadla çox gözəl tandem yaradırlar. Çalışıram əlimdə olan materialdan istifadə edim. Ayrı-seçkilik etmək istəmirəm.

– Neftçiyə psixoloji, fiziki, yoxsa psixoloji hazırlıq lazımdı?
– Məni narahat edən komandamın 90 dəqiqə eyni futbol oynamamağıdı. Bütün oyunu eyni tempdə keçirə bilmirik. Bu həm də psixoloji problemdi. İkisini də eyni vaxtda qaldırmaq olmur. Yalnız hissə-hissə qaldırmağa çalışırıq. 

– Qruplaşmanı aradan qaldırmısınız?
– Bəli bu problemi aradan qaldırmışam. Yerlilər və əcnəbiləri qrup şəklində çağırıb söhbət etdim, sonra hamı ilə tək-tək danışdım. Amma hələ də müəyyən qədər qalıb. 

– Sizcə, komandanın əsl gücü “Qarabağ” və “Qəbələ” ilə oyunda bilinəcək?
– Mən bura gələndə deməmişdim ki, hamını udacağıq. Bacardığımız qədər qalib gəlməyə çalışacağıq. Bu futbolçularla nəyəsə nail olmaq olar, amma zamana ehtiyac var. Sosial şəbəkələrdə haqqımda müxtəlif fikirlər səslənir, amma mən işimi buna görə qurmamışam, öz planım var. I dövrədə “Kəpəz”lə evdə bərabərə qalmışdıq, “Səbail”ə məğlub olmuşduq, amma mən gələndən sonra qalib gəldik. Biz “Qarabağ”la oyuna da 3 xal üçün çıxacağıq. Qışda 1-2 futbolçuya ehtiyacım olacaq. O vaxta kimi isə bacardığımız qədər xal toplamağa çalışacağıq. (Futbolpress.az)

Son yazılar

To Top